Yuxarı

"Quql"dan milyardlıq müqavilə - Kosmik sürət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Quql"dan milyardlıq müqavilə - Kosmik sürət

Məşhur ABŞ sahibkarı Elon Maska məxsus kosmik pilotlu aparatların hazırlanması ilə məşğul olan "SpeysX" kosmik koorporasiyası "Quql" şirkətindən və "Fideliti"fondundan 1 milyard dollar məbləğində investisiya cəlb edib.

Axar.az xəbər verir ki, "Quql" və "Fideliti" birlikdə korporasiyanın 10 faizinə sahib olacaq. "SpeysX"-in kapitallaşma dəyəri 10 milyard dollar məbləğində qiymətləndirilib. Kosmik koorporasiyanın əvvəlki investorları arasında "Founders Fund", "Draper Fişer Jurvetson", "Valor Equiti Partners" və "Kaprikorn" fondları olub.

"Quql" üçün "SpeysX"-in hazırda internetə qoşulmaq imkanından məhrum olan milyonlarla insanı potensial baxımdan yüksək sürətli internetlə təmin edə biləcək peykləri maraq doğurur.

Xatırladaq ki, "Quql" "Proyekt Lun" (Project Loon) aerostatları ilə internetin paylanması üzrə layihə hazırlayır.

Öz növbəsində, "SpeysX" kosmik nəqliyyat və peyk istehsalı sahəsində innovasiyaların dəstəklənməsinə investisiyalar yönəltməyi planlaşdırır.

Xatırladaq ki, "Falkon" raketlərinin və "Draqon" kosmik yük gəmilərinin istehsalçısı olan "SpeysX" yükləri Beynəlxalq Kosmik Stansiya - NASA ilə imzalanmış saziş əsasında çatdıran ilk kommersiya şirkətidir.

Tarix
2015.01.21 / 23:07
Müəllif
Hüseyn Valeh
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla