Yuxarı

İslam düşməni özünü Hitlerə bənzətdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslam düşməni özünü Hitlerə bənzətdi - Foto

Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının qurucularından olan Lutz Baçmann sosial şəbəkələrdə Adolf Hitlerə bənzəyən şəklini paylaşıb.

Axar.az xəbər verir ki, o paylaşdığı şəklin altında "O, yenidən burada" yazıb.

Böyük səs-küyə səbəb olan bu hadisədən sonra mətbuata açıqlama verən Baçmann fotoşəklini məşhur komediya aktyoru Kristof Mariya Herbstin internet səhifəsi olan "O, yenidən burada"ya göndərdiyini bildirib:

"Mən o fotoşəkli "O, yenidən burada" səhifəsində yayımlanması üçün göndərmişəm və onların da xoşuna gəlib".

Bir çox cinayətlərdə iştirakına görə dəfələrlə həbsdə yatmış 41 yaşlı Biçmann martın 18-də uşağının alimentini ödəmədiyi üçün yenidən hakim qarşısına çıxacaq.

Xatırladaq ki, Baçmannın sosial şəbəkələr vasitəsi ilə yaratdığı PEGIDA hərəkatı 12 nəfərlə fəaliyyətə başlasa da, indi bu hərəkata qoşulanların sayı 25 mini ötüb.

Tarix
2015.01.22 / 01:50
Müəllif
Hüseyn Valeh
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla