Yuxarı

Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir

20:06

Ərəb Birliyi baş katibinin Suriyanın ərazi bütövlüyünə qəsd edən terror təşkilatı yerinə ölkəmizi işğalçılıqda ittiham etməsi təşkilatın cinayətlərinə ortaq olmaq və ərəb dünyasına xəyanət deməkdir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. O, PKK terrorçularının etnik təmizləmə siyasətindən ən çox suriyalı ərəblərin zərər gördüyünü bildirib:

“'PYD/YPG/PKK-nın etnik təmizləmə siyasətinin və insanlığa qarşı törətdiyi cinayətlərdən ilk və ən böyük zərər çəkənlər suriyalı ərəblərdir. Yüz minlərlə ərəb terror təşkilatı tərəfindən Fəratın şərqindəki evlərdən və torpaqlardan sürgün edilib. Ərəb dünyasının səsi olması gərəkən Ərəb Birliyi baş katibinin suriyalı ərəblərin hüquqlarını müdafiə etmək yerinə, vətənini parçalamağa çalışan terrorçulara dayaq durması ibrətvericidir”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı keçirilən iclasda birliyin baş katibi Əhməd Əbu Qayt "Sülh çeşməsi" (Barış Pınarı) hərəkatını "işğal və Suriyanın suverenliyinin pozulması" kimi qiymətləndirib.

Tarix
2019.10.12 / 23:16
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla