Yuxarı

Putin Donbas qırğınından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Donbas qırğınından danışdı

Donbasda insanların öldürülməsinin məsuliyyəti cinayətkar əmrlər verənlərin üzərindədir.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikirlərini Təhlükəsizlik Şurasının daimi üzvlərinin yığıncağında bəyan edib. "Bunu edən insanlar bilməlidirlər ki, belə münaqişələrin sülh danışıqlarından və siyasi xarakterli vasitələrdən başqa həlli yolları mövcud deyil", - deyə prezident bildirib.

Putin əlavə edib ki, rəsmi Kiyevin sülh yolunu dəstəklədiyi barədə açıqlamaları həqiqət deyil:

"Biz tez-tez rəsmi Kiyevdən eşidirik ki, bu ölkədə məsələlərin məhz sivil yolla həllinə meyillidirlər, lakin reallıqda tamamilə başqa hadisələr baş verir. Ümidvaram ki, sağlam düşüncə əvvəl-axır qələbə çalacaq".

Putin Donbasda vəziyyətin nizamlanmasına dair təklifinə aydın cavab almadığını da bildirib:

"Təəssüf ki, biz nəinki aydın cavab almamışıq, hətta əks hərəkətlərin şahidi olmuşuq. Daha dəqiq desək, Kiyev hökuməti bütün təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatların başlanması haqqında rəsmi əmr verib".

Tarix
2015.01.23 / 17:35
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla