Yuxarı

G7 sammiti görün harada keçiriləcək... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
G7 sammiti görün harada keçiriləcək... - Foto

Tramp administrasiyası G7 zirvə görüşünü Mayamidə prezidentə məxsus “Trump National Doral” kurortunda keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Bu mühüm tədbirin həmin kurortda keçirilməsini Prezident özü təklif edib. Zirvə görüşü iyunun 10-12-dək keçiriləcək.

Zirvə görüşü üçün həmin yerin seçilməsi dərhal Konqresdəki demokratlar tərəfindən mənfi reaksiya doğurub. Demokratlar və müstəqil siyasi icmalçılar Trampı tənqid ediblər ki, o, şəxsi mənafelərini xidməti fəaliyyəti ilə qarışdırır. Etika məsələləri üzrə müşahidəçi orqanlar kimi fəaliyyət göstərən təşkilatlar Tramp administrasiyasının bu addımını pisləyərək bildiriblər ki, bu, “xarici hökumətlərdən daxil olan pulları prezidentin cibinə yönəltmək cəhdi hiddət doğurur”.

Ağ evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malvani demokratların tənqidini təkzib edərək bildirib ki, “Trump National Doral” kurortu qonaqları ucuz qiymətə qəbul edəcək, yəni, nəzərdən keçirilən başqa obyektlərlə müqayisədə tədbirin burada keçirilməsi ikiqat ucuz başa gələcək.

Məlum olduğu kimi, Konqresdəki demokratlar bu yaxınlarda prezidenti məhkəməyə veriblər. Onlar iddia edirlər ki, Trampın şəxsi müəssisələri ABŞ Konstitusiyasında təsbit olunmuş, dövlət qulluqçularının, o cümlədən ABŞ Prezidentinin kənar mənbələrdən, o cümlədən xarici hökumətlərdən maddi mənfəət əldə etməsini qadağan edən müddəasını pozur. Konnektikut ştatından olan senator Riçard Blümental bildirib ki, “Böyük Yeddiliyin” zirvə görüşünün “Trump National Doral” kurortunda keçirilməsi barədə qərar indi həmin iddianın bir hissəsi olacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin rəhbəri, Nümayəndələr Palatasının Nyu York ştatından olan üzvü demokrat Cerri Nadler öz bəyanatında vurğulayıb: “Administrasiyanın “Böyük Yeddiliyin” növbəti zirvə görüşünün Prezident Trampa məxsus “Trump National Doral” kurortunda keçiriləcəyi barədə bəyanatı prezidentin korrupsiyaya qurşanmasının ən hiddətləndirici nümunələrindən biridir. O, şəxsi maliyyə mənfəəti əldə etmək üçün öz ofisindən istifadə edir və ABŞ hökumətinin rəsmi qərarlarını qəbul edir. ABŞ Konstitusiyasının dövlət qulluqçularının kənar mənbələrdən maddi mənfəət almasını qadağan edən müddəaları məhz bu cür korrupsiyanın qarşısının alınmasını nəzərdə tutur”.

Prezidentin zirvə görüşləri üçün xüsusi mülkiyyətdən istifadə etməsi ilk dəfə deyil. Çin Prezidenti Si Cinpin və Yaponiyanın Baş Naziri Sindzo Abe də Tramp ilə Palm-Biçdə (Cənubi Florida) prezidentə məxsus “Mar-a-Lago” klubunda görüşüblər.

Zirvə görüşü günlərində həmin kurortdakı nömrələrin sutkalıq dəyəri 337-637 dollar həddindədir.

Tarix
2019.10.19 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla