Yuxarı

Kremldən həyəcan təbili: Rusiya əhalisi sürətlə azalır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən həyəcan təbili: Rusiya əhalisi sürətlə azalır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Kreml ölkədə demoqrafik proseslərdə mənfi tendensiyanın davam etməsindən xəbərdardır.

Azərtac xəbər verir ki, Rusiyanın Hesablama Palatası ölkədə əhalinin sayında azalmanın dörd il dalbadal davam etdiyini bildirib.

D.Peskov əlavə edib ki, bu tendensiya əvvəllər də, o cümlədən milli layihələrin hazırlanması vaxtı məlum idi.

“Bildiyiniz kimi, onlardan biri də demoqrafiya proseslərinə həsr olunub. İndi doğuşların stimullaşdırılması, çoxuşaqlı ailələrin dəstəklənməsi və digər demoqrafik tədbirləri saymağa lüzum görmürəm. Onlar artıq dəfələrlə bəyan edilib”, - deyə mətbuat katibi vurğulayıb.

O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin öz çıxışlarında ölkənin demoqrafik çuxurda olmasını dəfələrlə qeyd edib və bu, ilk növbədə, tarixi amillərlə əlaqədardır.

“Bu çuxur, hər şeydən əvvəl, Böyük Vətən müharibəsi illəri ilə bağlıdır, sonra 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu ilə daha da dərinləşdi. İndi hər iki çuxur özünü göstərir və bu səbəbdən də bu cür mənfi dinamika müşahidə olunur”, - deyə D.Peskov sözlərinə yekun vurub.

Hesablama Palatasının məlumatına görə, Rusiyada işçi çatışmazlığı ilə əlaqədar 2018-ci ildə 125 minə yaxın miqrant qəbul olunub. Lakin bu insanlar azalan əhali sayının yalnız 57,2 faizinin yerini doldurub. Ölkəni tərk edən rusların sayı isə 44 faiz artıb. Cari ilin səkkiz ayı ərzində Rusiyada əhalinin sayı 219,2 min nəfər azalıb.

Tarix
2019.11.07 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla