Yuxarı

Qruşko generalların Bakı görüşünü şərh etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qruşko generalların Bakı görüşünü şərh etdi

Rusiya və NATO arasındakı qarşılıqlı əlaqələr davam etdirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşü şərh edərkən deyib.

“Bu görüş deeslakasiya, tərəflərin bir-birini doğru anlamaları baxımından olduqca faydalıdır. Lakin belə təmaslar olduqca azdır. Rusiya-NATO Şurası arasında bütün istiqamətlər üzrə qarşılıqlı əlaqələrin bərpası qaçılmazdır. Avropadakı bütün sağlam düşüncəli insanlar anlayır ki, Rusiya və NATO arasında geniş cəbhədə artan hərbi aktivlik dönəmində qarşılıqlı əlaqə kanallarını kəsib-atmaq öz ayağına atəş açmağa bənzəyir”, - deyə Qruşko bildirib.

Qeyd edək ki, Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Tərəflər Avropanın təhlükəsizliyi, Rusiya-NATO təmas xəttində mümkün insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpası perspektivi, həmçinin böhranlı bölgölərdəki vəziyyəti müzakirə ediblər.

Tarix
2019.11.27 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla