Yuxarı

“Ruslar Ukraynada yeni ərazilər zəbt etdi, amma...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ruslar Ukraynada yeni ərazilər zəbt etdi, amma...”

"Rusiyanın bu cür hərəkətləri bumeranq effekti verəcək və yaxın zamanda Rusiyanın özünə qarşı ağır nəticələrlə geri dönəcək".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Donbasdakı Rusiyayönlü separatçıların tələblərindən danışarkən dedi.

O, son döyüşlərdə Ukrayna ordusunun böyük itkilər verdiyini bildirib:

"Belə çıxır ki, Rusiya hər dəfə müasir silahlar və xüsusi təyinatlar göndərməklə Ukraynadan parça-parça torpaq toplayacaq, separatçılar isə bunu leqallaşdıraraq öz ərazilərinə daxil edəcək. Faktiki olaraq bu gün separatçılar Luqanskın sərhədlərindən kənara çıxaraq qonşu vilayətlərin ərazilərinə qədər irəliləyə biliblər. Buna nə cavab vermək olar? Əgər dünənə qədər separatçılar Ukraynanın federallaşmasını və şərqdə rusların kompakt yaşadığı əraziyə müəyyən statusların verilməsini tələb edirdilərsə, sonradan həmin əraziləri qondarma Luqansk, Donetsk xalq respublikası elan etdilər və bu məsələyə don geyindirmək üçün qısa müddət ərzində referendum keçirdilər".

Q.Hüseynli qeyd etdi ki, hazırda Ukrayna torpaqlarının açıq-aşkar işğalı və onların Ukraynanın tərkibindən çıxarılması prosesi gedir ki, bu da çox təhlükəlidir:

"Krımı guya ümumxalq səsverməsi yolu ilə Rusiyanın tərkibinə qatdılar. Amma bu, heç bir hüquqi əsasa malik deyil. İndisə Ukraynanın şərqini ələ keçirmək istəyirlər. Rusiya hadisələri gərginləşdirməkdə davam edir. Maraqlısı odur ki, Ukrayna və Avropa Abxaziya, Cənubi Osetiya kimi ərazilərin 7 ildir Gürcüstandan qoparılmasına göz yumur".

Müsahibimiz onu da bildirdi ki, ölkə rəhbərlərindən baş vermiş hadisələrə reaksiya verənlər də az deyil:

"Estoniya prezidenti dəfələrlə "Ukrayna ərazilərinin işğalı Avropanın işğalı deməkdir" kimi fikirlər səsləndirib. Latviya prezidenti bundan da sərt bəyanatlarla çıxış edərək Rusiyanı təcavüzdə günahlandırıb".

Q.Hüseynli vurğuladı ki, baş verən proseslərin mərkəzində Rusiyanın silahlı qüvvələri dayanır:

"Bu gün Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı gözlənilir. Zənnimcə, Rusiyanın bu cür hərəkətləri bumeranq effekti verəcək və yaxın zamanda Rusiyanın özünə qarşı ağır nəticələrlə geri dönəcək".

Xatırladaq ki, Donbasdakı Rusiyayönlü separatçılar Ukraynadan atəşin birtərəfli qaydada dayandırılmasını və "yeni təmas xətti"ni tanımasını tələb edirlər. Onlar tələbində bildirib ki, zəbt olunan torpaqlar müəyyən edilərək təmas xəttinə əlavə edilsin.

Tarix
2015.02.04 / 08:24
Müəllif
Səbuhi Vaqifoğlu
Digər xəbərlər

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla