Yuxarı

Xətaidə “Zəfərdən gələcəyə” adlı tədbir... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə “Zəfərdən gələcəyə” adlı tədbir... - Video

18 sentyabr 2026-cı il tarixdə Xətai rayonunda rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə"20 sentyabr – Dövlət Suverenliyi Günü" nə həsr olunmuş “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq Artisti, şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bərpası təmin edilib. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. Bu gün ölkənin müasir tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə edən əlamətdar tarix kimi qeyd olunur və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, qazilərin fədakarlığından bəhs edilib. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan övladlarının əziz xatirəsinin daim uca tutulduğunu qeyd ediblər. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda tanınmış incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib və şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Tarix
2026.09.19 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla