Yuxarı

Tramp Ukraynanı ucuz yanacaq üçün qurban verdi – “Monde”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ukraynanı ucuz yanacaq üçün qurban verdi – “Monde”

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda daha əvvəl özünün imzaladığı qanunda nəzərdə tutulan yeni və genişmiqyaslı sanksiyalardan Rusiyanı azad edib. Nəticədə, hər gün hərbi cinayətlər törətməkdə günahlandırılan Rusiya Vaşinqton tərəfindən mükafatlandırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

Nəşrin yazdığına görə, Tramp faktiki olaraq Ukraynaya xəyanət edib. Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə məğlub olmaq ehtimalı ilə üzləşən ABŞ prezidenti, əsasən İrana qarşı apardığı müharibənin yaratdığı inflyasiya səbəbindən, amerikalıların yanacaqdoldurma məntəqələrində daha ucuz qiymətə yanacaq ala biləcəkləri illüziyasına qapılaraq ukraynalıları qurban vermək qərarına gəlib. O, Rusiya dizel yanacağının alınmasının ABŞ-da yanacaq qiymətlərini aşağı salacağına ümid edir.

Vurğulanıb ki, bundan sonra Amerika pulları ilə maliyyələşən Rusiya hərbi maşını tam gücü ilə işləyə biləcək. Trampın qərarlarının nəticələri insan həyatı bahasına ölçüləcək.

Jurnalistlər qeyd ediblər ki, Tramp İranla müharibəyə düşünülməmiş şəkildə girişərək Rusiya lideri Vladimir Putinin maraqlarına artıq xidmət edib. Bu müharibə enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olub və bununla da Rusiyaya ayaqda qalmaq üçün ilk fürsəti yaradıb.

Nəşrin əlavə etdiyinə görə, ABŞ Fars körfəzinin ərəb sahilində yerləşən müttəfiqlərini İranın hücumlarından qorumağa çalışarkən Ukraynanın ciddi ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan böyük raket ehtiyatlarını sərf edib. Bundan əlavə, Tramp İran rejiminin bu müharibədə Rusiyadan maddi-texniki dəstək aldığını göstərən kəşfiyyat hesabatlarını nəzərə almayıb.

“Le Monde” Donald Trampın Ukraynanı ucuz yanacaq və siyasi yaşam üçün qurban verdiyini yazıb.

Tarix
2026.10.18 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla