Yuxarı

Vəziyyət o qədər pisləşib ki, onlar İranı maliyyələşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəziyyət o qədər pisləşib ki, onlar İranı maliyyələşdirir

ABŞ-la müharibə və Amerikanın tətbiq etdiyi dəniz blokadası nəticəsində İranda iqtisadi vəziyyət o qədər pisləşib ki, artıq Yaxın Şərqdə Tehrana yaxın olan terrorçu qruplaşmalar və siyasi hərəkatlar İranı maliyyələşdirir.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuperə istinadən yazıb.

Onun sözlərinə görə, ABŞ-ın sanksiyaları və İranın neft gəlirlərini məhdudlaşdıran dəniz blokadası ölkənin maliyyə çətinliklərini daha da dərinləşdirir. Kuperin iddiasına görə, blokada İranın neft satışından əldə edə biləcəyi gəlirlərin 25 milyard dollar azalmasına səbəb olub. Bundan əlavə, son həftələrdə CENTCOM ABŞ Maliyyə Nazirliyi ilə birlikdə İranın 350 milyon dollar dəyərində kriptoaktivlərini dondurub.

“Bu problemlər fonunda uzun illər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən maliyyələşdirilən qruplaşmalar, o cümlədən Livanın Hizbullah təşkilatı, Fələstinin HƏMAS hərəkatı və İraqdakı şiə silahlı birləşmələri vəsaitlərinin bir hissəsini İrana geri göndərməyə məcbur olurlar”, - o qeyd edib.

Tarix
2026.10.18 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla