Yuxarı

Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən PUA...

Ermənistan Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz uçuş aparatlarının inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan ordusu üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər. Müdafiə Nazirliyinin mütəxəssislərinin fikrincə, ilk növbədə hücum dronlarının sayını (500 km-ə qədər mənzilli) artırmaq lazımdır.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistan MN uyğun tədarük variantlarını tapmaq üçün orta mənzilli PUA-ların ən perspektivli xarici modellərinin müqayisəli təhlilini aparıb:

“ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunmuş dronlar nəzərdən keçirilib. Hərbi mütəxəssislər Hindistanın “Divyastra MK-1” PUA-sını ən uyğun variant hesab ediblər. O, rekord dərəcədə aşağı qiymətə, süni intellektdən istifadə etmək və kütləvi qruplarda istifadə etmək qabiliyyətinə malikdir.

Bu göstəricilər onu digər modellərlə müqayisədə daha üstün bir modelə çevirir. Məsələn, Rusiyanın "Orion" PUA-sı yalnız böyük döyüş yükü, İranın "Miraj-532" PUA-sı buraxılış sürəti, Amerikanın "LUCAS" PUA-sı sinfinə görə həddindən artıq məsafə qət etməsi və Ukraynanın "Palianytsia" PUA-sı daha yüksək uçuş sürəti ilə seçilir. Bundan əlavə, hərbçilərin fikrincə, bu ölkələrlə pilotsuz texnologiyalar sahəsində əməkdaşlıq müəyyən siyasi problemlər yaradır. Əgər Ermənistan Rusiyadan dronlar alsa, Avropadan, ABŞ-dan alsa İrandan, Ukraynadan alsa Rusiyadan və s. narazılıq ediləcək. Beləliklə, Hindistanla əməkdaşlıq daha balanslı və sərfəli bir həlldir”.

Qeyd edək ki, Ermənistanın 500 km mənzilli PUA-larla kütləvi silahlanma istəyi diqqət çəkir. Xəbərdə də göründüyü kimi, Ermənistan MN hücum dronlarına üstünlük verir.

Tarix
2026.09.19 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla