Yuxarı

Ermənilər Ərbildə konsulluq açır: Bakıdan açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Ərbildə konsulluq açır: Bakıdan açıqlama

Ermənistan İraqın Kürdüstan muxtariyyatında konsulluq açır.

Axar.az xəbər verir ki, Bərzani hökumətinin paytaxtı Ərbil şəhərində erməni konsulluğu fəaliyyətə başlayacaq. Kürdüstan bölgəsinin Baş naziri Neçirvan Bərzani Ermənistanın İraqdakı səfiri Karen Qriqoriyanı qəbul edib.

Görüş zamanı bildirilib ki, Ermənistan Ərbildə öz konsulluğunu açacaq və həftədə iki dəfə Ərbil-İrəvan təyyarə reysləri olacaq.

"Azərbaycan kürdləri" İctimai Birliyinin sədri olan Tahir Süleyman hesab edir ki, rəsmi Bakı çoxdan bu bölgə ilə əlaqələr yaratmalı, səfirlik açmalıydı. Onun sözlərinə görə, İraqda ən azı 2,5 milyon (qeyri-rəsmi 5 milyona yaxın) türkman yaşayır:

"Türkman qardaşlarımızın Azərbaycana gediş-gəlişi çətindir. Səfirlik açılsa, problemlər həllini tapar. Ərbildə təhlükəsizlik təmin olunub. Ona görə də konsulluq açılması çox vacibdir. Mən Xarici İşlər Nazirliyinə, Azərbaycan Prezidentinə müraciət etmişəm ki, səfirlik açılsın".

T.Süleyman qeyd edib ki, nazirlik rəsmisi məktuba cavabında bunları yazıb:

"Prezident 12 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalanıb.

İraqın Ərbil şəhərində Azərbaycan konsulluğunun açılması ilə bağlı müraciətə cavab olaraq bildirmək istəyirik ki, İraqda daxili, hərbi-siyasi vəziyyətin gərgin və mürəkkəb olduğunu nəzərə alaraq, vəziyyətin nisbətən sabitləşməsi və orada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra digər regionlarda konsulluğun açılması məsələsinə münasibətlərin və maraqlarımızın həcminə uyğun olaraq baxıla bilər".

Tarix
2015.02.04 / 12:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla