Yuxarı

Türkiyə sərhədləri dəyişdirdi: Tarixdə bir ilk... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə sərhədləri dəyişdirdi: Tarixdə bir ilk... - Foto

Aralıq dənizində güc balansı Türkiyənin xeyrinə dəyişib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorunun köməkçisi səfir Çağatay Eciyəs Şərqi Aralıq dənizindəki kontinental şelf və xüsusi iqtisadi zona (MEB) sərhədlərini göstərən xəritəni Tvitter hesabından paylaşıb.

Xəritə Liviya Milli Barışıq Hökuməti Prezident Şurasının sədri Fəyaz Sərracla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan memorandum əsasında dəyişib. Bu razılaşma Türkiyənin Şərqi Aralıq dənizində sərhəd qonşusu olan bir ölkə ilə bölgədəki strateji haqlarını qorumaq məqsədilə imzaladığı ilk anlaşma kimi tarixə düşüb.

Qeyd edək ki, daha öncə yaydığımız məlumata əsasən, sözügedən razılaşma nəticəsində Türkiyənin qanuni sərhədləri elan edilib. Razılaşmanın Türkiyə üçün əhəmiyyətli nüansları aşağıdakı kimidir:

- Türkiyə bu razılaşma ilə Aralıq dənizinin qərbindəki qanuni sərhədlərini dünyaya elan edib.

- Türkiyə və Liviya arasında yaradılan dənizdə səlahiyyət xətti Yunanıstanın bölgədəki fəaliyyətlərinə qarşı bir divar çəkib.

- Sevilya xəritəsi ilə 41 min kvadrat km-lik əraziyə sıxışdırılan Türkiyənin sahəsi genişlənib.

- Müqavilə Yunanıstanın Cənubi Kipr və Misirlə Eksklüziv İqtisadi Zona barədə razılığa gəlməsinin qarşısını alıb.

- Müəyyən edilmiş ərazidə neft və təbii qaz axtarışı və qazıntının sənədləşdirilməsində söz sahibi ölkələr Türkiyə və Liviya olub.

- Krit adasından keçən xətt ilə Yunanıstanın bölgədəki söz haqqı ortadan qaldırılıb.

- Bu razılaşma ilə Türkiyə, eyni zamanda, ABŞ, Yunanıstan və Cənubi Kipr rəhbərliyinin “Yeni Sayks-Piko” (100 il bundan öncə imzalanmış Yaxın Şərqin sərhədlərini müəyyənləşdirən məxfi Sayks-Piko müqaviləsi) layihəsinə sədd çəkib.

Tarix
2019.12.03 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla