Yuxarı

Afinanı silkələyən saziş: Türkiyə nələr əldə etdi? - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afinanı silkələyən saziş: Türkiyə nələr əldə etdi? - Detallar

Türkiyənin Dolmabaxça sarayında bu ölkə ilə Liviya arasında imzalanan “Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşmasının üstünlükləri açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Yeni akit” qəzetinin yayımladığı təhlil yazısında detallı məlumat verilib.

Nəşrin yazdığına görə, sözügedən razılaşma nəticəsində Türkiyənin qanuni sərhədləri elan edilib:

"Türkiyə Aralıq dənizindəki enerji mənbələrinin paylaşılması və Eksklüziv İqtisadi Zonanın məhdudlaşdırılması baxımından strateji önəm daşıyan Liviyada Xəlifə Haftar yerinə BMT-nin tanıdığı Fayiz əl-Sərrac rəhbərliyindəki Liviya Milli Hökumətini qanuni sayıb. Razılaşma BMT tərəfindən tanınan hökumətlə qəbul edildiyi üçün müzakirələri ortadan qaldırıb”.

Təhlildə razılaşmanın Türkiyə üçün əhəmiyyətli nüansları da təqdim edilib:

- Türkiyə bu razılaşma ilə Aralıq dənizinin qərbindəki qanuni sərhədlərini dünyaya elan edib.

- Türkiyə və Liviya arasında yaradılan dənizdə səlahiyyət xətti Yunanıstanın bölgədəki fəaliyyətlərinə qarşı bir divar çəkib.

- Sevilya xəritəsi ilə 41 min kvadrat km-lik əraziyə sıxışdırılan Türkiyənin sahəsi genişlənib.

- Müqavilə Yunanıstanın Cənubi Kipr və Misirlə Eksklüziv İqtisadi Zona barədə razılığa gəlməsinin qarşısını alıb.

- Müəyyən edilmiş ərazidə neft və təbii qaz axtarışı və qazıntının sənədləşdirilməsində söz sahibi ölkələr Türkiyə və Liviya olub.

- Krit adasından keçən xətt ilə Yunanıstanın bölgədəki söz haqqı ortadan qaldırılıb.

- Bu razılaşma ilə Türkiyə, eyni zamanda, ABŞ, Yunanıstan və Cənubi Kipr rəhbərliyinin “Yeni Sayks-Piko” (100 il bundan öncə imzalanmış Yaxın Şərqin sərhədlərini müəyyənləşdirən məxfi Sayks-Piko müqaviləsi) layihəsinə sədd çəkib.

Qeyd edək ki, sözügedən müqavilə ilə bağlı narahat olan Yunanıstan Liviya səfirinin XİN-ə dəvət edərək, sazişin surətini tələb edib.

Tarix
2019.12.01 / 10:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi

3 ilə əvvəl Qarabağı tərk etmək üçün qondarma rejimin verdiyi qərar

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla