Yuxarı

Xərçəngin əsl səbəbi – Risklər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngin əsl səbəbi – Risklər

Bədxassəli şişlərin yaranmasının əsas səbəbi düzgün qidalanmamaqdır. Bu o deməkdir ki, biz bu təhlükəli xəstəliklərin riskini xeyli azalda bilərik.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı onkoloq Yelizaveta Vasilyeva dünyada bədxassəli şişlərin 35%-nin çoxlu beynəlxalq araşdırmalarla təsdiqləndiyi kimi, pis qidalanmadan qaynaqlandığını bildirib.

Qeyd olunub ki, xərçəng hallarının 25%-ni siqaret yaradır, bu da 10% artımdır. Halbuki, adi insanların fikrincə, siqaret bir tikə kolbasadan qat-qat təhlükəlidir.

Yelizaveta Vasilyeva vurğulayıb ki, bir sıra qida və içkilər, məsələn, alkoqol artıq kanserogen sayılır.

Alkoqoldan sui-istifadə mədə-bağırsaq və qaraciyər şişlərinin inkişaf riskini artırır. Qırmızı ət, xüsusilə də rusların böyük miqdarda istehlak etdiyi emal olunmuş ət əhəmiyyətli risk yaradır.

Buraya salami, müxtəlif növ vetçina və kolbasa daxildir. Ancaq bu amil tək başına xərçəngə səbəb olmaya bilər: ətraf mühit faktorları, irsiyyət və digər qeyri-sağlam vərdişlər də daxil olmaqla, digər amillər də riskə təsir göstərir.

Amerikalı alimlərin fikrincə, dünyada bütün şişlərin 40%-ə qədərinin qarşısını almaq olar.

Bundan əlavə, insanlar öz sağlamlıqlarına daha diqqətli olsaydılar xərçəngi müalicənin ən təsirli olduğu ilkin mərhələdə aşkar edərdilər. Nəhayət, düzgün bəslənmə olarsa, xərçəng irsi olsa belə, bir insanın onu məğlub etmək şansı daha yüksəkdir.

Tarix
2025.10.22 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla