Yuxarı

Medina "Atletik"lə oyundan danışdı: Hazırıq!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medina "Atletik"lə oyundan danışdı: Hazırıq!

Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmağa hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Kolumbiyalı müdafiəçi görüşün hər iki tərəf üçün ağır keçəcəyini bildirib:

“Bu, həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmağa hazırıq”.

Medina, həmçinin ötən mövsümdəki çıxışından nəticə çıxardığını və bu mövsüm daha yaxşı formada olduğunu vurğulayıb:

“Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.

Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Tarix
2025.10.22 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla