Yuxarı

Ekspertdən şok: Mehdiyevin göstərişi ilə bu deputatlar müraciət yaydı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertdən şok: Mehdiyevin göstərişi ilə bu deputatlar müraciət yaydı...

Təxminən 8-10 ilin söhbətidir. Bir neçə deputat - içlərində komitə sədri də var - qəfildən açıqlama verdilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Hardan çıxdı bu məsələ? Rusiyanın yaratdığı təşkilat, işğalçı Ermənistanın - o vaxt torpaqlarımızı işğaldan azad etməmişdik - təmsil olunduğu qurum... Azərbaycan niyə burda olmalıdır?

Axar.az xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyanın adamı olması və millət vəkillərinin də bu prosesdə iştirakı haqda “Media Türk” kanalına danışarkən deyib.

O bildirib ki, həmin deputat və komitə sədri ilə bir ay qiyabi polemika aparıb:

“Onların zəif bir arqumenti vardı - guya biz KTMT-yə üzv olsaq, Rusiyadan daha ucuz silah ala bilərdik. Onda mən bildirdim ki, təzəlikcə Rusiyadan 5 milyard dollarlıq silah-sursat almışıq və Nəcməddin Sadıqovun sayəsində onların yarısı keyfiyyətsiz və zaydır. Niyə biz yenə keyfiyyətsiz silah almağa davam etməliyik?

Hiss etdim ki, bu dəst-xətt (Azərbaycanın KTMT-yə üzv olması təklifi - red.) Ramiz Mehdiyevdən gəlir. Ramiz Mehdiyevin dəstəyi ilə seçilən deputatlar bu məsələni gündəmə atıblar, müzakirəyə çıxarıblar, məqsəd də nəbz yoxlamasıdır. Əlbəttə ki, Ramiz Mehdiyevin sifarişi ilə”.

E.Şahinoğlu xatırladıb ki, həmin ərəfədə Prezident İlham Əliyevin xarici səfərlərindən birində rusiyalı jurnalist “Azərbaycan KTMT üzvü olmaq istəyərmi” sualını verib:

“Bu sualın verilməsi ilə anladım ki, ölkəmizdə bu mövzunu gündəmə gətirmək elə Kremlin istəyidir və bir mərkəzdən idarə olunur.

İlham Əliyev çox konkret bir cavab verdi, dedi ki, Azərbaycanın hərbi bloklara qoşulmaq niyyəti yoxdur”.

Tarix
2025.10.22 / 05:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla