
Britaniyadan “Heyat Təhrir əş-Şam”la bağlı qərar...
01:32
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Nigeriyanın qərbində yanacaq daşıyan tankerin iştirakı ilə baş verən qəzada azı 30 nəfər ölüb, daha 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Axar.az xəbər verir ki, bu barədə "Nation" qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, yanacaq tankeri Niger əyalətinin Aqae-Bida şossesində qəzaya uğrayıb. Yerli sakinlər tankerdəki yanacağı oğurlamağa cəhd ediblər və bu zaman tökülən maye alovlanıb, partlayış baş verib.
Səlahiyyətli şəxslərin sözlərinə görə, ayın əvvəlindən Niger əyalətində təxminən 30 oxşar hadisə qeydə alınıb.
Tarix
2025.10.21 / 23:19
|
Müəllif
Axar.az
|