Yuxarı

Abramoviç "Qalatasaray"ı alır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abramoviç "Qalatasaray"ı alır?

17:02

Rusiyalı biznesmen Roman Abramoviç “Qalatasaray”ın böyük səhmdarlarından biri olmağı düşünür.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” onlayn nəşri məlumat yayıb. Bildirilir ki, o, klubun səhmlərini almaq niyyətindədir.

Abramoviç 2003–2022-ci illərdə Londonun “Çelsi” futbol klubunun sahibi olub. Məlumata görə, o, artıq Boğazda bir malikanə alıb və İstanbulda yaşamağa hazırlaşır.

Xatırladaq ki, Abramoviç 2022-ci ilin mayında “Çelsi” klubunu amerikalı investor Todd Bouli rəhbərliyi altında olan konsorsiuma satıb. 2025-ci ildə isə peşəkar futbolla vidalaşdığını və bu sahədə heç bir şəkildə iştirak etmək istəmədiyini açıqlamışdı.

Abramoviçin dövründə “Çelsi” beş dəfə İngiltərə çempionluğunu, beş dəfə İngiltərə Kubokunu, üç dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Bundan başqa, klub iki dəfə Çempionlar Liqasının, iki dəfə isə Avropa Liqasının qalibi olub.

***

Roman Abramoviç heç bir futbol klubu, o cümlədən Türkiyənin “Qalatasaray” klubunu almır və ona sərmayə qoymur.

Bu barədə iş adamının nümayəndəsi TASS-a deyib.

"Bu məlumat həqiqətə uyğun deyil. Cənab Abramoviç heç bir futbol klubu almır və ya sərmayə qoymur", - deyə bildirilib.

Tarix
2025.10.21 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla