Yuxarı

Prezident müşaviri: Bu, terakt idi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident müşaviri: Bu, terakt idi

Floridada hərbi dəniz bazasında baş vermiş atışma terror aktıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.

"Düşünürəm ki, bu, terror aktı idi. Araşdırmanı qabaqlamaq istəmirəm, amma görünür ki, kimsə radikallığa köklənmişdi", - o deyib.

Qeyd edək ki, ötən gün Floridadakı hərbi bazada baş verən atışmada qatil də daxil olmaqla, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Atəş açanın Səudiyyə Ərəbistanının hərbçisi Məhəmməd Səid əş-Şamrani olduğu və bu bazada təlim keçdiyi bildirilir.

Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisənin terror olub-olmadığı bilinmir. Ancaq hücumdan öncə Şamraninin krallıqdan olan digər həbçilərlə birgə məclis təşkil etdiyi və məclisdə kütləvi ölüm səhnəsi olan atışma videosu göstərildiyi bildirilib. Eyni zamanda Şamraninin hücumu zamanı onun yoldaşı hadisəni videoya çəkib, digər iki Səudiyyə hərbçisi isə onu maşınla izləyib.

Tarix
2019.12.08 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla