Yuxarı

Yandırılan Qaraçuxur məscidindən xəbər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yandırılan Qaraçuxur məscidindən xəbər var

Bakının Qaraçuxur məscidində baş verən təxribatdan sonra sabitlikdir.

Axar.az-a ibadət evinin şiə icmasından verilən məlumata görə, məscidin yandırılmasına cəhddən sonra hər hansı xoşagəlməz insident qeydə alınmayıb.

İcma nümayəndəsinin sözlərinə görə, məscidə gələn şiələr və sələfilər ayrı-ayrılıqda ibadət edir. Hər iki təriqətin icma rəhbərləri qrafik təyin edib və qarşıdurma yaranmasın deyə, birlikdə namaz qılınmır. İcma üzvünün dediyinə görə, PKK tərəfdarı olan Namiq Nəsibov və Elnur Ələkbərovun məscidi yandırmasından sonra hüquq-mühafizə orqanlarının nəzarəti də gücləndirilib. Məscidin darvazasından kənarda vaxtaşırı mübahisələr olduğunu qeyd edən icma üzvü içəridə buna yol verilmədiyini iddia edir. O, sələfilərdən əlavə Qaraçuxura xəvariclərin də gəldiyini, Suriyaya gedənlərin olduğunu istisna etmir.

Qeyd edək ki, kürd terror təşkilatının Azərbaycanda "Yekbun" adlı qruplaşmasının məqsəd və məramları olub. Qruplaşmanın həmtəsisçiləri – Namiq Nəsibov və Elnur Ələkbərov təşkilatı yaradarkən gələcəyə hesablanan ideoloji bir strategiya götürüblər. Onlar məscidə "İslam dövləti"ni (İŞİD) dəstəkləyən qüvvələr toplaşdığını əsas gətirərək ibadət evini yandırmağa qalxıblar.

Tarix
2015.02.07 / 08:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla