Yuxarı

Kral İŞİD-ə gözdağı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kral İŞİD-ə gözdağı verdi

İki pilotu öldürüləndən sonra İordaniya kralı hərbi formada foto yayımlayıb.

Axar.az xəbər verir ki, İordaniya kralı Abdullah İŞİD-in iordaniyalı pilot Muaz əl-Kəsasibəni yandıraraq öldürməsindən sonra yayılan hərbi formalı geyimi ilə sanki İŞİD-ə meydan oxuyub.

İordaniya Kraliyyət Məhkəməsinin "Feysbuk" səhifəsində paylaşılan şəkildə kral Abdullahın hərbi forma və silah-sursatla olduğu görünür. Foto belə şərhlə paylaşılıb: "İordaniya kralı və İordaniya Silahlı Qüvvələri komandiri Abdullah Muaz əl-Kəsasibənin öldürülməsindən sonra ABŞ səfərini yarıda qoyaraq İordaniyaya geri qayıdıb".

Şəkil "Feysbuk"dan əvvəl kralın "İnstaqram" səhifəsində yayımlanıb.

Xatırladaq ki, İordaniya kralı Abdullah iordaniyalı pilotun öldürülməsindən sonra açıqlama verərək İŞİD-ə çox ağır cavab verəcəklərini bildirmişdi. Kralın açıqlamasınadan sonra İordaniya təyyarələri Suriyadakı İŞİD mövqelərini vurduğunu açıqlamışdı.

Tarix
2015.02.07 / 15:31
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla