Yuxarı

Jirinovski Belarusla Rusiyanı bu cür "birləşdirdi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski Belarusla Rusiyanı bu cür "birləşdirdi"

Rusiya Belarusla inteqrasiyaya böyük maraq göstərir və Aleksandr Lukaşenkonun Boqdan Xmelnitski kimi tarixə birləşdirici kimi düşmək şansı var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.

“Rusiyada hamı belaruslulara hörmət edir. Biz onları yad hesab etmirik, əksinə, ən yaxınımız sayırıq. Ona görə də əminəm ki, biz böyük bir dövlətimizi elan edəndə xoşbəxt olacağıq. Belarusluların ən şərəfli mövqeyə sahib olması üçün bütün yerli məsələləri özləri həll edəcəklər. Sadəcə Moskvada koordinasiya olacaq.

Bayraqlar da ayrı olsun: Rusiya, Belarus, Avropa İttifaqı, hər nə istəyirsiniz... Bu mənada biz bir dövlətdə birləşməliyik. Lukaşenkoda da yüksək post olsun, lakin o, bir dənədir. Başa düşürsünüz? Biz ailə kimi anlaşmalıyıq. Baxın, qohum var, lakin o, ailə üzvü deyil. Ona necə münasibət göstərilir. Büdcəni necə bölüşdürürlər?” - deyə partiya lideri vurğulayıb.

O, sərhədlərin tamamən aradan qaldırılmasını və tərəflərin bir-birilərinin sənədlərini tam tanımasını nəzərdə tutduğunu bildirib:

“Biz artıq Gömrük İttifaqının sərhədlərini deyil, Vladivostokdan Brestə qədər sərhədsiz ərazini müzakirə edəcəyik. Sərhəd, gömrük işləmir. Sadəcə diplom, vəsiqə və s. Və bizim böyük dövlətimizi elan etmək! Lakin hüquqlar ərazilərdə necə istəyirsiniz, elə də qalsın. Heç kim heç nəyi bloklamalı deyil. Lukaşenko tarixə Boqdan Xmelnitski kimi düşə bilər. Bəyəm Rusiya imperiyası və SSRİ pis idi? İki nəhəng dövlət...”

Tarix
2019.12.18 / 08:45
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla