Yuxarı

Uyğur spikerin fəryadı: Yoxdurmu bir müsəlman?!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uyğur spikerin fəryadı: Yoxdurmu bir müsəlman?!

Bizi müdafiə etmək Pompeoya qalıb? Ümmət hardadır?

Axar.az xəbər verir ki, bu sözləri Şərqi Türküstan Milli Məclisinin sədri Seyid Tümtürk deyib.

“Medianın senzurasından keçməyən siyasilərin susduğu dönəmdə cümə namazlarında xütbələrdə eşitmədiyimiz duaları “Arsenal”ın futbolçusu Məsud Özildən eşitdik. Özilin bu mesajı sükutu pozdu. Biz bu dəstəyi öz siyasi liderlərimizdən, vətəndaş cəmiyyəti təşkilatlarından, dini rəhbərindən gözlədiyimiz halda Məsud Özildən gördük. Onlar bir Məsud Özil qədər ola bilmədi. Bəs bir Pompeo da ola bilmədi? Bizi müdafiə etmək ABŞ Dövlət katibinə qalıb? Məsul Özilin açıqlamasına Pompeodan əvvəl dəstək verəcək bir müsəlman yoxdurmu? Ümmət haradadır?” - deyə məclis sədri bildirib.

Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra Çin şəbəkələrində türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.

ABŞ Dövlət katibi Mayk Pompeo isə Tvitter səhifəsində M.Özilə dəstəyini ifadə edib.

Tarix
2019.12.20 / 08:15
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla