Yuxarı

Müharibənin sədası Avropaya çatır - Qərb təşvişdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibənin sədası Avropaya çatır - Qərb təşvişdə

"Vəziyyəti çox mürəkkəb olan Ukrayna demək olar ki, parçalanmış bir ölkəyə çevrilib".

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Ukrayna böhranını şərh edən politoloq Kiyevin Qərb və Rusiya arasında poliqona çevrildiyini bildirib:

"Qeyd edim ki, bu məsələdə diqqəti çəkən ən əsas məqam Qərb və ABŞ-ın hazırkı mövqeyidir. Avropa daha çox stabilliyə can atır. ABŞ isə münaqişə səngiməyəcəyi təqdirdə rəsmi Kiyevə hərbi sursat göndərəcəyinə dair söz verib. Qeyd edim ki, Ukrayna Avropaya daha yaxındır, nəinki ABŞ-a. Eyni zamanda, Ukrayna geostrateji məkanda yerləşən bir ölkədir. Buradakı təhlükə Avropanın stabilliyinə təsirsiz ötüşmür. Bu isə münaqişəni daha genişmiqyaslı edə bilər. Status-kvo məsələsində avropalılar daha çox atəşkəsin tərəfdarıdır. Ancaq bu, özlüyündə çox çətin bir məsələdir. Ona görə ki, rəsmi Kiyev Cənubi Ukraynanın muxtariyyət olmasına razılıq versə də, separatçı rejim buna imkan vermir. Onlar hesab edir ki, bu qədər qan əbəs yerə tökülməyib. Əsas çətinliklər də elə burada yaranır. Hesab edirəm ki, müharibə davam etsə, bunun əks-sədası tezliklə Avropaya çatacaq. Ancaq tərəflərin kompromisə gəlməsi də çox çətin məsələdir. Ona görə də bundan sonra uzunmüddətli diplomatik siyasi addımların atılmasına böyük ehtiyac var".

Tarix
2015.02.11 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla