Yuxarı

İqtisadi böhran kralı da vurdu – Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadi böhran kralı da vurdu – Rəsmi

Parlamentli monarxiya ilə idarə olunan İspaniyada kral VI Filip maaşını azaldıb.

Axar.az xəbər verir ki, Krallıq Sarayının rəsmi internet saytında verilən açıqlamada kral VI Filipin maaşının ötən illə müqayisədə 20% azaldığı və illik 234 min 204 avro alacağı bildirilib.

Kral VI Filipin həyat yoldaşı kraliça Letizianın 128 min 808 avro, "kral" ünvanını qoruyan atası Xuan Karlosun 187 min 356 avro, anası kraliça Sofiyanın da 105 min 396 avro maaş alacağı qeyd edilib.

Krallıq sözçüsü bildirib ki, kral VI Filip İspaniyadakı yüksək qurumların nümayəndələri və digər ölkələrdəki dövlət başçılarının aldığı maaşları gözdən keçirərək öz maaşını azaltma qərarı verib.

Qeyd edək ki, iqtisadi böhranla mübarizə aparan İspaniyada ilk dəfə 2009-cu ildə o vaxtkı kral Xuan Karlos və digər Kralitet üzvlərinin maaşları dondurulub və son illərdə Krallığın büdcələrində də azalma müşahidə olunub.

Xatırladaq ki, kral VI Filipin bacısı şahzadə Kristina və həyat yoldaşı Palma şahzadəsi Urdanqarin haqqındakı rüşvətxorluq iddialarına görə Kral ailəsinin korlanan imicini düzəltmək üçün xüsusi səy göstərdiyi məlumdur.

Tarix
2015.02.11 / 22:16
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla