Yuxarı

ABŞ İranı hədələdi: Oyun dəyişdi, lazım olanı edəcəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranı hədələdi: Oyun dəyişdi, lazım olanı edəcəyik

İraqdakı ABŞ hədəflərinə qarşı reallaşacaq hücumların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılacaq. Artıq oyun dəyişdi, nə lazımdırsa, onu da edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Naziri Mark Esper deyib.

O, Haşdi Şabi qüvvələrinin ABŞ hərbi bazasına 31 raketlə hücum etdiyini və bunun arxasında İranın dayandığını bildirib.

Esper hərbi bazaya təşkil edilən hücuma cavab olaraq, ABŞ-ın Haşdi Şabi qüvvələrinə qarşı hava hücumlarının uğurlu olduğunu qeyd edib.

ABŞ-ın İran təhdidlərinə qarşı bölgəyə əlavə əsgər göndəriləcəyini bildirərən nazir deyib:

"Qüvvələrimizi və vətəndaşlarımızı qorumaq üçün addımlar atacağıq. İndi oyun dəyişdi. Lazım olan hər şeyi edəcəyik. Sadəcə, İraqda deyil, bölgədəki bütün müəssisələrimizin təhlükəsizliyini möhkəmləndirməyi hədəfləyirik".

Esper Bağdad səfirliyinə hücumlardan sonra binanın ciddi zədələnmədiyini, yaxşı vəziyyətdə olduğunu bildirib və 15 illik binanın asanlıqla qorunacaq şəkildə inşa edildiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində 25 mülki şəxsin ölməsi İraqda geniş etirazlara səbəb olmuş və aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etmişdilər.

Tarix
2020.01.03 / 10:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla