Yuxarı

İranın Ukrayna təyyarəsini vurması ilə bağlı - Şok detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Ukrayna təyyarəsini vurması ilə bağlı - Şok detal

“Nyu York Tayms” qəzeti Ukraynanın sərnişin təyyarəsinin İranda qəzaya düşməsinin tam xronologiyasını dərc edib.

Axar.az xəbər verir ki, xronologiyada təyyarənin Tehrandan İranın ABŞ-ın İraqdakı obyektlərini vurmasından 4 saat sonra (qeyd edək ki, buna qədər aradakı zaman fərqinin 2 saatdan bir az artıq olduğu bildirilmişdi – red.) havaya qalxdığı bildirilib.

ABŞ bazasına zərbənin endirilməsindən sonra İran hava hücumundan müdafiə sistemlərini tam döyüş hazırlığına gətirib. Həddən artıq yüklənməsi ucbatından təyyarənin havaya qalxmasında gecikmə müşahidə edilib, bununla belə, Ukraynaya məxsus sərnişin təyyarəsi ənənəvi kursundan yayınmayıb.

Hərəkətə keçməsindən sonrakı 3 dəqiqə ərzində təyyarə 2400 metr yüksəkliyə qalxıb və bu müddətdə radarlarda olub. Bir neçə dəqiqə sonra elektron sistemlər işləməyib, təyyarə isə siqnal verilişini dayandırıb. Daha bir neçə saniyə sonra təyyarəyə İran hava hücumundan müdafiə sisteminin raketi dəyib.

Təyyarə yanmağa başlayıb və bu zaman ölkənin məxfi hərbi bazalarından birindən buraxılan daha bir raket “Boinq”ə çırpılıb.

Ukrayna təyyarəsinin yerə dəyməsi bir neçə dəqiqə çəkib. Təyyarə yerə dəyən zaman daha bir partlayış baş verib. Hava gəmisinin qalıqları düşdüyü yerdən 500 metr diametrində dağılıb.

Ümumilikdə uçuş cəmi 7 dəqiqə davam edib.

Tarix
2020.01.13 / 15:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla