Yuxarı

Hakerlər banklardan 1 milyard oğurladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakerlər banklardan 1 milyard oğurladı

Beynəlxalq hakerlər qrupu dünyanın bir çox yerində maliyyə təşkilatlarının hesablarından ümumilikdə 1 mlrd. ABŞ dolları həcmində vəsait oğurlayıb.

Report xəbər verir ki, bu barədə "Kasperski laboratoriyası" şirkətinin Avropol və İnterpol ilə apardığı birgə təhqiqatın yekunlarında deyilib.

Son iki il ərzində isə kibercinayətkarlar qrupunun fəaliyyəti nəticəsində dəyən ziyanın məbləği bir neçə yüz milyon dollarla ölçülür.

Məlumatda qeyd olunub ki, ekspertlərin ehtimallarına görə, insidentin arxasında Rusiya, Ukrayna, bir sıra Avropa ölkələri, eləcə də Çinin kibercinayətkarlarından ibarət beynəlxalq qrup dayanır. Cinayətkar qrupunun fəaliyyətindən təxminən dünyanın 30 bankı, o cümlədən Rusiya, ABŞ, Almaniya, Çin, Ukrayna, Kanada, Honkonq, Fransa, İspaniya, Norveç, Böyük Britaniya və İsveçrə bankları ziyan çəkib.

Ekspertlər müəyyən ediblər ki, daha çox məbləğ bank şəbəkəsinə müdaxilə prosesi zamanı oğurlanıb. Belə ki, hər müdaxilədə kibercinayətkarlar 10 mln. dollaradək pul oğurlaya biliblər. Hakerlər bir bankın oğurlanması - korporativ şəbəkədə ilk kompüterin yoluxdurulmasından pulların oğurlanmasınadək orta hesabla 2-4 saat vaxt sərf ediblər.

Antivirus ekspertləri maliyyə təşkilatlarına şəbəkədə "Carbanak" zərərli proqram təminatının mövcudluğunu yoxlamağı və onun aşkar olunacağı halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.

Tarix
2015.02.16 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla