Qramı 62 trilyon dollar olan maddədən 100 qram tapa
bilən şəxs bütün dünyanı satın ala bilər.
Dünyanın ən qiymətli maddələrinin siyahısını Axar.az oxucularına
təqdim edirik.
1 - Zəfəran
1 qramı 11.13 dollar olan zəfəran çiçəyi müxtəlif ağrılar və
depressiv hallar üçün müalicələrdə istifadə olunur.
2 - Qızıl
1 qramı 56.73 dollar hesablanan qızıl bütün dünyada geniş
şəkildə yayılan ən qiymətli metallardan biri hesab olunur.
3 - Platin
1 qramı 58 dollar olan platin elmi təcrübələr zamanı katalizator
rolunu oynayır. Bundan əlavə xərçəng xəstəliyinin müalicəsində
istifadə edilən dərmanlarda da bu maddəyə rast gəlinir.
4 - Metamfetamin
Qramı 100 dollar olan bu maddə əsasən dərmanların tərkibinə
qatılır. Yüksək dozalı narkotik təsirə malik olan Metamfetamin
asılılıq yaradan xüsusiyyətə malikdir.
5 - Kərgədan buynuzu
1 qramı 110 dollardan dəyərləndirilən kərgədan buynuzu tibb
sahəsində yanıq və bədən ağrıları üçün istifadə olunur.
6 - Heroin
Hazırda 1 qramı 131 dollar olan və dünyanın ən təhlükəli
maddələrindən sayılan heroin insan şüurunu dəyişmək gücünə
malikdir. "Ağ ölüm" adlandırılan bu maddə insanda çox qısa bir
zamanda asılılıq yaradır.
7 - Kokain
1 qramı 215 dollar olan bu maddə ən təhlükəli narkotik maddələr
arasında yer alıb.
8 - LSD
1 qramı 3000 dollar olaraq dəyərləndirilən LSD adı verilən
narkotik vasitə güclü şəkildə hallüsinasiya yaratmağa qabildir.
9 - Plutonium
Bu maddənin 1 qramı 4000 dollardır. Hərbi məqsədlər və nüvə
reaktorları üçün istifadə olan plutonium yüksək dərəcədə zəhərli və
xərçəng əmələ gətirən gücə sahibdir.
10 - Painite
1 qramı 9000 dollar olan nadir mineral, tərkibində olan dəmir
nisbətinə görə bir sıra xəstəliklərin müalcəsində istifadə edilən
kristaldır.
11 - Taaffeite
1 qramı 2500 - 20.000 dollar arasında dəyişən yasəmən rəngli bu
ləl-cəvahirat almazdan daha az tapılan və kifayət qədər bahalı
maddədir.
12 - Tritium
1 qramı 30.000 dollar civarında olan tritium maddəsindən teatr,
məktəb və ofis binalarının çıxışında yazılan EXİT sözündə istifadə
olunur.
13 - Brilyant
1 qramı 55.000 dollar dəyərləndirilən və ən sərt maddələrdən
biri sayılan qiymətli daşın tərkibi saf karbondan ibarətdir.
14 - Kalifornium 252
1 qramı 27 milyon dollar olan bu maddə 1950-ci ildə kəşf
edilib.
15 - Antimatter
1 qramı nə az, nə çox - 62 trilyon dollar olan və dünyanın ən
bahalı maddəsi sayılan antimatterin kosmos yanacağı olma ehtimalı
var. 1 qramı fantastik məbləğdə dəyərləndirilən maddənin 100 qramı
qarşılığında bütün dünyanı satın almaq mümkündür.