Yuxarı

Qazaxıstan sərhədi bağladı, Tacikistan reysləri dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan sərhədi bağladı, Tacikistan reysləri dayandırdı

2020.01.27 - 20:24

Qazaxıstan koronavirus təhlükəsi ilə əlaqədar “Xorqos” sərhəd-keçid məntəqəsinin işini fevralın 15-dək dayandırıb.

Axar.az xəbər verir ki, Qazaxıstan Prezidentinin Çinlə həmsərhəd ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırığından sonra Almatı vilayətinin səlahiyyətliləri gömrük postlarında yoxlamalar aparıblar.

Yoxlamaların nəticələrinə əsasən sərhəd nəzarətini gücləndirmək barədə tövsiyələr verilib.

***

Koronavirus təhlükəsi ilə əlaqədar Tacikistanın “Somon Eyr” aviasiya şirkəti Çinə, Çinin “South China Airlines” şirkəti isə Tacikistana reysləri dayandırıb.

Tacikistanın Səhiyyə və Sosial Təminat Nazirliyinin mətbuat katibi Bibixanım Dervişzadə jurnalistlərə bildirib ki, ölkənin hava limanlarında və sərhəd-keçid məntəqələrində virus təhlükəsini aşkar edən lazımi tibbi avadanlıqla təchiz olunmuş sanitar-karantin bölmələri yaradılıb.

Səhiyyə və Sosial Təminat Nazirliyi rəsmi olaraq Xarici İşlər Nazirliyinə və Turizmin İnkişafı Komitəsinə müraciət edib ki, koronavirus təhlükəsi ilə bağlı Çin Xalq Respublikasına işgüzar və turist səfərlərini tam və ya qismən dayandırsınlar.

Tarix
2020.01.28 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla