Yuxarı

Seyid Cəfər 2 min nəfərin 50 milyonunu necə aldı? – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul polisi 2 min nəfəri aldadaraq 50 milyon dollar toplayan iranlı ata və 4 övladının qurduğu dələduz şəbəkəyə qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, şəbəkə ilə bağlı məlumatlar, onların hansı işlərlə məşğul olması uzun müddət yanlarında işləyən bir sürücünün açıqlamaları ilə əldə olunub.

Məlumata görə, bir neçə il əvvəl İranda 12 min nəfərdən qurduqları şəbəkə vasitəsilə pul toplayan şəxslər deşifrə olduqdan sonra Türkiyəyə qaçmağa məcbur olublar. Əvvəlcə Antalyada fəaliyyət göstərdikdən sonra İstanbula köçüblər.

Şəbəkənin rəhbəri ABŞ-da yaşayan Seyid Cəfər adlı şəxs və 4 övladı olub.

İstanbulda bahalı villa kirayələyən şəbəkə üzvləri lüks avtomobillər, bahalı saatlar və geyimlərlə hər kəsin diqqətini cəlb etməyə başlayıblar. Ən çox fəaliyyət göstərdikləri yerlər gecə klubları, restoranlar, ticarət mərkəzləri, xüsusilə iranlıların sıx olduğu məkanlar olub. Münasibət qurduqları şəxslərə gördükləri işlər barədə geniş məlumatlar veriblər. Dubay, Malayziya, Ukrayna, Çilidə kripto-valyuta olan bitkoin pul istehsalı ilə məşğul olduqlarını deyiblər. Qısa müddət ərzində çoxlu pul qazandıqlarını söyləyən şəbəkə üzvləri qazancdan 10 faizlik pay verdiklərini bildiriblər. Məsələn, 100 min dollar ödəyən şəxsə ayda əlavə 10 min dollar pay verildiyini deyiblər.

Xüsusilə özlərinin yaratdıqları kripto pul sisteminin qısa müddət ərzində 60-70 faiz qazandırdığı bildirilib. Hətta qurduqları saxta sayt vasitəsilə sərmayəçilərin qazanclarını göstərən görüntülər də paylaşılıb.

Nəhayət, şəbəkənin toruna düşənlər tapılıb. 3 mindən 100 min dollara qədər sərmayə yatıranlar olub. 1 il ərzində əksəriyyəti iranlı olan və saç ustası, aşpaz, həkim, əmlakçı kimi fərqli peşə sahiblərindən ibarət 2 min nəfərdən 50 milyon dollar pul toplanıb. Yığılan pullar şəbəkənin ABŞ-da yaşayan lideri Seyid Cəfərə göndərilib. Polis edilən çoxlu sayda şikayətlərdən sonra telefon və ünvanlarını tez-tez dəyişən şəbəkə üzlərinə qarşı hərəkətə keçib. Əməliyyat nəticəsində siyahıda olan 30 nəfərdən 16-sı saxlanılıb.

Bu şəbəkənin ifşa olunması ilə bağlı ən mühüm məlumatları onların sürücüsü işləmiş F.Y adlı şəxs verib.

“Bunlar əvvəlcə İstanbulda lüks villa kirayəyə götürdülər. Dəbdəbəli yaşayışları ilə insanları tələyə saldılar. Kripto pul yaratdıqlarını dedilər, amma belə bir pul yox idi. Milyonlarla dollar pul topladılar. Ən əsası isə işlərində gizliliyə böyük önəm verdilər. Beşulduzlu otellərdəki toplantılarını belə mobil telefonsuz keçirirdilər. Pullar ya əldən, ya da əvvəldən müəyyən etdikləri valyutadəyişmə məntəqələri vasitəsilə alınırdı”, - sürücü ifadəsində bildirib.

Tarix
2020.02.05 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla