Yuxarı

Türkiyədə təyyarə üç yerə bölündü: 3 ölü, 179 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə təyyarə üç yerə bölündü: 3 ölü, 179 yaralı - Video

2020.02.05 - 20:05

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, "Peqasus" şirkətinə məxsus layner Sabiha Gökçən hava limanına enərkən zolaqdan çıxıb. Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sərt eniş edib, daha sonra sürüşərək yoldan çıxıb və 3 hissəyə parçalanıb. Sonra isə yanğın başlayıb.

Hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

***

Türkiyənin Nəqliyyat naziri Cahid Turxan təyyarədə 171 sərnişinin və 6 ekipaj üzvünün olduğunu bildirib.

İlkin məlumata görə, qəza nəticəsində həlak olan yoxdur. Yaralıların təxliyəsi hazırda davam etdirilir.

Digər əldə edilən məlumata əsasən, 21 nəfər yaralanıb.

***

İstanbul valisi Əli Yerliqaya 52 yaralının yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyini açıqlayıb.

***

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəza ilə bağlı son məlumatlara əsasən, indiyədək 120 nəfər ətraf xəstəxanalara yerləşdirilib. Təyyarədə olanların təxliyə işləri davam etdirilir.

İlkin məlumata görə, qəzanın şəhərdə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

***

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.

Bu barədə ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

***

İstanbuldakı təyyarə qəzası nəticəsində 1 nəfər ölüb, 157 nəfər yaralanıb.

Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O qeyd edib ki, yaralılar arasında ağır vəziyyətdə olan yoxdur.

***

"Peqasus" aviaşirkətinə məxsus Boinq-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər dünyasını dəyişib.

Səhiyyə naziri Fəxrəddin Qoca 3 nəfərin öldüyünü, 179 nəfərin isə bu və ya digər dərəcədə xəsarət aldığını açıqlayıb.

Qeyd edək ki, təyyarədə iki uşaq, 175 sərnişin və 6 heytə üzvü olub.

Tarix
2020.02.06 / 08:52
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla