Yuxarı

Kubalılara “Əpl” yasağı aradan qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kubalılara “Əpl” yasağı aradan qaldırıldı

Artıq bundan sonra Kubada da ABŞ istehsalı olan "Əpl" telefonları satılacaq.

Axar.az xəbər verir ki, ABŞ-ın "Əpl" şirkəti Kubada məhsullarının satışına qoyulan məhdudiyyəti ləğv edib. Bu barədə şirkətin saytında deyilir.

Şirkət Kubanı "Əpl" qurğularının satışının qadağan olunduğu ölkələr siyahısından çıxarıb. Hazırda bu siyahıda Şimali Koreya, Sudan və Suriya var.

Qlobal ticarət bölməsində "Əpl" "Kuba xalqına dəstək" başlığı ilə son dəyişikliklərə aydınlıq gətirən material yerləşdirib. Buradan məlum olur ki, Kuba sakinləri "Əpl"in bəzi məhsul və proqram təminatından istifadə edə biləcəklər.

"Əpl" qurğularının Kubada satışı fevralın 13-də ABŞ tərəfindən "Azadlıq adası"nın özəl sahibkarları üçün mal və xidmətlərin idxalına məhdudiyyətləri qismən aradan qaldırmaq barədə qərar qəbul etdikdən sonra mümkün olub.

ABŞ Prezidenti Barak Obama 2014-cü ilin dekabrında Kuba ilə yaxınlaşmaqla bağlı siyasi kursu bəyan edib. Rəsmi Vaşinqton 1961-ci ildə Havana ilə pozulan diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirərək Kubada səfirlik açmağı da planlaşdırır.

Tarix
2015.02.20 / 23:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla