Yuxarı

"Xocalı soyqırımını törədənlər vəzifə daşıyır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Xocalı soyqırımını törədənlər vəzifə daşıyır"

Bu gün İstanbulda İHH İnsani Yardım Təşkilatı "Xocalı Simpoziumu" keçirir.

Avropa.info-nun məlumatına görə, açılış çıxışında ilk olaraq İHH İnsanı Yardım Vəqfi adına Yavuz Dede çıxış edərək iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.

Azərbaycan Yurddaşlar Dərnəyinin başqanı Zaur Əliyev 23 il öncə, Xocalıda törədilən qətliamdan danışaraq bunun bir insanlıq suçu olduğunu deyib:

"Bu insanlar türk-müsəlman olduqları üçün ermənilər tərəfindən qətlə yetriliblər. Təəssüf ki, günümüzdə də Türk-İslam coğrafiyasında bu cür qətliamlar törədilməkdədir".

Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov isə Xocalı soyqırımı ilə bağlı Azərbaycan hökumətinin ciddi şəkildə çalışdığını deyib:

"Azərbaycan bölgənin ən güclü dövlətlərindən biridir. Bu səbəbdən də dünyada səsimizin daha çox eşidilməsinə çalışırıq. Lakin ikili standartların olduğu dünyada bu bəzən yetərsiz olur. Bu səbəbdən də Türkiyə ilə Azərbaycan birgə çalışmalıdır. Azərbaycan hökuməti də Xocalı ilə bağlı var gücü ilə çalışır".

Tədbirdə Türkiyə parlamentinin millət vəkilləri Yüksel Özden, Zeki Aygün və Ali Ərcoşqun çıxış ediblər.

Azərbaycan parlementinin deputatı Fazil Mustafa isə rəsmi olaraq soyqırım kimi tanınan 31 mart soqyırımına - erməni daşnaklarının Azərbaycanın bir çox bölgəsində törətdiyi qırğınlara diqqət çəkib. Fazil Mustafa 1915 uydurma erməni soyqırımının bu il 100-cü ilinin qeyd ediləcəyini vurğulayaraq, bu cür tədbirlərin daha da artırılmasının vacibliyini qeyd edib:

"Bu soyqırımdan öncə Qaradağlıda da bir soyqırım törədilib. Lakin Xocalı soyqırımı ilə bağlı bütün sənədlər, fotolar, video görüntülər ortadadır. Bunu daha çox dünya gündəminə təqdim etmək lazımdır".

Millət vəkili İlyas İsmayılov da bu tipli faciələrin unutulmamasını və birgə addımlar atılmasının zəruri olduğunu qeyd edib.

Türkiyə parlamentinin deputatı İbrahim Korkmaz Xocalı soyqırımının dünyanın ən dəhşətli soyqrımlarından biri olduğunu deyib.

Tarix
2015.02.21 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla