Yuxarı

Sərkisyan düşmənlərini sıradan çıxarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan düşmənlərini sıradan çıxarır

Ermənistan Prezidenti Serj Sərkisyanın "Çiçəklənən Ermənistan" partiyasına və onun lideri Qaqik Çarukyana qarşı siyasi hücumlarından sonra bu partiyada istefalar davam edir.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün partiyanın üzvü, millət vəkili David Koçaryan "Çiçəklənən Ermənistan" partiyasından istefa verməsi barədə bəyanat yayıb. O, artıq müstəqil millət vəkili kimi fəaliyyət göstərəcəyini bildirib.

Həmçinin Ermənistan parlamentinin spikeri Qalust Saakyan daha iki partiya üzvünün - Məlik Manukyan və Qriqor Marqaryanın deputatlıq mandatından imtina ilə bağlı müraciət etdiklərini açıqlayıb.

Erməni Milli Konqresinin (EMK) liderinin müavini Levon Zurabyan isə "Çiçəklənən Ermənistan" partiyasına və onun lideri Qaqik Çarukyana qarşı aparılan təzyiqlərlə bağlı parlamentdə komissiyanın yaradılmasının zəruriliyini vurğulayıb:

"Təbii ki, biz sadəlövh deyilik. "Çiçəklənən Ermənistan" partiyasına və onun lideri Qaqik Çarukyana qarşı təzyiqlər hakim partiya tərəfindən aparılır və Serj Sərkisyan tərəfindən dəstəklənir".

Qeyd edək ki, son dövrlərdə Ermənistanda siyasi vəziyyət gərginləşib. Sərkisyan Çarukyanın siyasətdən getməsi ilə bağlı ona və ətrafına qarşı siyasi repressiyalara başlayıb. Nəticədə Sərkisyanla müxalifət lideri arasındakı görüşdən sonra müəyyən razılıq əldə olunub. Partiyanın fevralın 20-nə planlaşdırdığı aksiya təxirə salınıb. Partiyanın nüfuzlu üzvləri isə Çarukyanın bu qərarını dəstəkləməyiblər.

Tarix
2015.02.24 / 08:20
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla