Yuxarı

Van Qoqun 122 yaşlı sevgilisi: “Ölmək istəyirəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Van Qoqun 122 yaşlı sevgilisi: “Ölmək istəyirəm”

Van Qoqun sevgilisi Janna Kalmon dünya rekorduna imza atıb.

Dünyaca məşhur rəssam Van Qoqun sevgilisi Janna Kalmon planetin ən uzunömürlü qadını hesab edilir.

Axar.az Fransa mətbuatına istinadla bildirir ki, əslən Fransanın Orli şəhərindən olan və Van Qoqla uzun illər sevgi yaşayan madam Kalmon bu yaxınlarda 122 yaşını qeyd edərək dünyanın ən uzunömürlü qadını adını qazanıb.

Janna Kalmon özü və Van Qoq haqqında bunları söyləyib:

"Eyfel qülləsi tikiləndə mənim 14 yaşım var idi. O zaman mən Van Qoqla görüşürdüm. O, həmişə çirkli və nimdaş geyimdə olurdı. Ancaq dahiliyinə söz ola bilməzdi. Van Qoq ilahi qüvvəyə malik rəssam idi".

1988-ci ildə rəssamın 100 illiyinə həsr edilən gecədə madam Kalmon həyatı boyu yalnız bu dahi insanı sevdiyini açıq şəkildə bəyan etmişdi.

Öz uzunömürlülüyü ilə bağlı isə xanım Kalmon bunları qeyd edib:

"85 yaşıma qədər qılıncoynatma ilə peşəkar səviyyədə məşğul olmuşam, 100 yaşıma qədər isə velosiped sürmüşəm".

114 yaşında filmə çəkilən madam Janna çəkiliş zamanı zədə alaraq 115 yaşında bel fəqərəsindən əməliyyat olunub və 117 yaşında "58 illik dostu" olan siqareti tərgitdiyini bildirib:

"Allah sanki məni unudub. Amma artıq yaşamaqdan bezmişəm. Bütün yaşıdlarım, dostlarım çoxdan dünyamızı tərk ediblər. Ən böyük arzum onların yanına getməkdir".

Tarix
2015.02.25 / 01:15
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla