Yuxarı

Ərdoğan və Putinin Qarabağ ssenarisi: Torpaqlar qaytarılır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Putinin Qarabağ ssenarisi: Torpaqlar qaytarılır...

Türkiyə Suriyada olduğu kimi Cənubi Qafqaza da diqqəti artıracaq. Bu siyasətini xüsusilə Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək həyata keçirəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Ayk Qabrielyan çıxış edib.

Qabrielyan hesab edir ki, Türkiyə bu məsələlərdə Rusiya ilə danışıqlar aparmağın lazım olduğunu bilir:

“Buna görə də Rusiyanı öz planlarına daxil etmək istiqamətində sistematik olaraq işləyir. Mən Ərdoğan və Çavuşoğlunun bəyanatlarını nəzərdə tuturam. Onlarda qeyd edilir ki, Moskvanın istəyindən asılı olaraq, Qarabağ münaqişəsi həll edilə bilər. Cənubi Qafqazda Rusiya və Türkiyənin əməkdaşlıq ssenariləri müxtəlifdir: münaqişə ocağını alovlayıb, ərazilərin Azərbaycana qaytarılmasını təmin edə və bölgəyə birgə sülhməramlı qüvvələr yerləşdirə bilərlər. Ərdoğan və Putin bu ssenarini həyata keçirmək üçün tələsirlər. Çünki onların hakimiyyətdən getməsindən sonra Türkiyə və Rusiya münasibətlərinin necə olacağı dəqiq deyil”.

Erməni ekspert qeyd edir ki, İrəvan Cənubi Qafqazda Rusiya və Türkiyənin “Astana prosesi”ni yaratmasına hazır olmalıdır:

“Bu Minsk qrupu formatına zidd olacaq və onlar göstərəcəklər ki, Suriyada olduğu kimi müxtəlif regionlarda münaqişələri yalnız region ölkələri həll edə bilər”.

Tarix
2020.02.27 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla