Yuxarı

5-ci sinif şagirdi yeni “Kalaşnikov” yaratdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
5-ci sinif şagirdi yeni “Kalaşnikov” yaratdı – Foto

Dünyanın ən məşhur avtomat silah istehsalçılarından olan Kalaşnikov yeni modelini təyin edib.

Axar.az xəbər verir ki, yeni model məktəblilər arasında keçirilən dizayn yarışı zamanı seçilib.

Yarışda Yevgeniya adlı 5-ci sinif şagirdinin təqdim etdiyi model birinci olub. Bildirildiyinə görə, qalib şagirdlər gələcəkdə şirkətdə işlə təmin olunacaq.

Moskva Dövlət Sənaye Akademiyasında təşkil olunan yarışda çıxış edən Kalaşnikov firmasının baş direktoru Aleksey Krivoruçko ən vacib məsələnin yeni bazarlar tapmaq və daha çox silah satmaq olduğunu deyib.

Xatırladaq ki, Kalaşnikov Rusiyanın ən böyük döyüş avtomatı və snayper tüfəngi istehsalçısıdır. Şirkətin 51 faizi "Rostek" firmasına, qalan 49 faizi isə xüsusi sərmayəçilərə məxsusdur. 27-dən çox ölkəyə məhsul ixrac edən şirkət özü-özlüyündə "Kalaşnikov", "Baykal" və "İjmaş" olaraq 3 markaya ayrılır.

"Rostek" firması isə 2007-ci ildə qurularaq hərbi və mülki yüksək texnologiyalı sənaye məhsullarının istehsalı və ixracı ilə məşğuldur. Şirkət 9 holdinq və 700 quruluşa ayrılır. Rusiyanın məşhur AvtoVAZ, KamAz və bir çox məşhur firması "Rostek"in tərkibində fəaliyyət göstərir.

70-dən çox ölkəyə məhsul ixrac edən "Rostek" 2013-ci ildə 1,04 trilyon rubl (16.5 milyard dollar) qazanc əldə edib. Şirkətin dövlətə ödədiyi vergi isə təqribən 138 milyard rubla (2.3 milyard dollar) çatır.

Tarix
2015.03.03 / 00:48
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla