Yuxarı

Azərbaycanın altı milyarderinin adı bəlli oldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın altı milyarderinin adı bəlli oldu - Foto

"Forbes" jurnalının tərtib etdiyi dünya milyarderləri siyahısına altı azərbaycanlının adı düşüb.

Axar.az xəbər verir ki, siyahıya düşən azərbaycanlıların heç biri Azərbaycanda yaşamır.

Belə ki, onlardan beşi hazırda Rusiya, biri isə Türkiyə ərazisində yaşayır.

Soydaşlarımız sırasında ən varlı şəxs 12 milyard dollarlıq sərvətlə Vahid Ələkbərov olub. Keçən il siyahıda 96-cı yeri tutan Ələkbərov bu il də 96-cı yerdə qərarlaşıb. "Lukoyl" rəhbərindən sonrakı yerdə əslən Qubadan olan Qod Nisanov və Zarax İliyev qərarlaşıblar. Hər iki ortaq keçən ilə nisbət 59 pillə irəliləyərək 381-ci yeri tutublar. Onların hazırkı sərvəti 4,7 milyard dollar dəyərindədir. Digər azərbaycanlı milyarder Araz Ağalarov isə 2 milyardlıq sərvətlə 988-ci pillədə özünə yer edib. Ağalarov bu dəfə 18 pillə geriləyərək 1006-cı yerdə qərarlaşıb. Başqa bir həmyerlimiz olan Fərhad Əhmədov isə 1,4 milyardın sahibidir. Keçən il 1210-cu yerdə qərarlaşan milyarder hazırkı siyahıda xeyli geriləyərək 1324-cü yerə düşüb.

"Forbes"in siyahısında ən aşağı pillədə özünə yer edən soydaşımız isə Türkiyədə yaşayan milyarder Mübariz Mənsimovdur. 1,4 milyard dollara sahib olan Mənsimov siyahıda 1415-ci yerdə qərarlaşıb. "Palmali"nin sahibi keçən il 1284-cü yerdə qərarlaşmışdı.

Tarix
2015.03.03 / 21:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla