Yuxarı

Korona dünyaya belə yayıldı - ABŞ nəşrindən şok məqalə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona dünyaya belə yayıldı - ABŞ nəşrindən şok məqalə

ABŞ nəşri “Nyu York Tayms” koronavirus epidemiyasının yayılma şəraiti ilə bağlı diqqətçəkən məqalə yayımlayıb.

Axar.az xəbər verir ki, məqalədə səfər məhdudiyyəti tətbiq ediləndən öncə virusun peyda olduğu Uhanı təxminən 7 milyon insanın tərk etdiyi qeyd edilib.

Belə ki, Uhanda 2019-cu ilin dekabrının son günlərində tibb işçiləri xəstə insanların normal müalicə şəraitində pnevmaniyadan sağalmadığına dair məlumata sahib idilər. Elə həmin günlərdə Çin hökuməti bununla bağlı xalqa xəbərdarlıq etsə də, yalnız 31 dekabrda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verdilər. Maraqlı məqam ondan ibarətdir ki, Çin tərəfi xəstəliyin müalicəsinin mümkün olduğunu açıqlamışdı.

21 yanvar 2020-ci ildə isə çinlilər virusun insandan insana keçdiyini dünyaya bəyan etdilər. Artıq bu zaman kəsimində Şanxay kimi iri şəhərlərdə virusa yoluxanlar müşahidə edilirdi.

Həmin ərəfələrdə Uhandan təxminən 900 insan Nyu Yorka, 2 min 200 insan Sidneyə, 15 min şəxs də Banqkoka səfər etmişdi. Səfər edən şəxslərin 85 faizi artıq öncədən müəyyən edilməyən virus daşıyıcısı idi.

30 yanvarda ABŞ Çinlə uçuşları dayandırsa da, artıq gec idi. Virus dünyaya yayılmışdı.

Tarix
2020.03.24 / 09:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla