Yuxarı

Rusiya: ABŞ əsgəri Ukraynaya girərsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: ABŞ əsgəri Ukraynaya girərsə...

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vitali Çurkin ABŞ əsgərlərinin Ukraynaya yerləşdirilməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Çurkin bu hadisənin fəlakətlə nəticələnəcəyini açıqlayıb:

"Əldə etdiyimiz məlumata görə, ABŞ Konqresi Ukrayna əsgərlərinin təlimi məqsədilə 1 milyard dollarlıq fond yaradıb. Lvov bölgəsində 300 amerikalı əsgər yerləşdirilir. Bu əsgərlər ABŞ silahlarının istifadəsini ukraynalı əsgərlərə öyrədəcək. Ancaq bunu bilirik ki, ABŞ əsgərləri olduğu yerdə çətinliklər olacaq".

Çurkin Mixail Saakaşvilinin prezident olduğu dövrdə Cənubi Osetiya böhranı ilə əlaqədar bənzər bir addımın atıldığını və 127 ABŞ hərbi məsləhətçinin Gürcüstanda xidmət etdiyini xatırladıb:

"ABŞ əsgərləri Gürcüstana qarşıdurma, qan və qorxu gətirdi. Yalnız məsuliyyətsiz siyasətçilər bu istiqamətdəki ssenarilərin nəticələrini görə bilməz".

Tarix
2015.03.07 / 15:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Orxan Həsənov bu mərkəzin direktoru təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla