Yuxarı

Putinin pələnglərinin aqibəti necə oldu? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin pələnglərinin aqibəti necə oldu? - Foto

2007-ci ildə Kremldə prezident Vladimir Putinin alimlərlə sirli müşavirəsi keçirildi. Elm adamları imtina edə bilməyəcəkləri təklif aldılar - nadir heyvan növlərinin xilası və tədqiqatı üçün Rusiya Elmlər Akademiyasının (REA) daimi ekspedisiyasını yaratmaq. Və ən əsası, V.Putin bu işdə şəxsən iştirak etməyə qərar verdi. Bir ildən sonra hamı dövlət başçısının Amur pələnginin boynuna xalta taxdığını gördü. Daha sonra pələnglər, bəbirlər, ağ delfinlər, hətta ağ durna ilə məşhur uçuş...

Bəs V.Putinin Amur pələnglərinin aqibəti necə oldu?

Xatırladaq ki, Rusiya prezidenti 2014-cü il mayın 22-də Primorsk diyarına işgüzar səfəri zamanı "Jeludinski" qoruğunda olmuşdu. O, zooloqlarla birgə Borya, Kuzya və İlonanın - Amur pələnglərinin azadlığa buraxılmasında iştirak etmişdi. Həmin vaxt heyvanların boyunlarına onların yerdəyişməsini izləmək üçün elektron çip bərkidilmişdi.

Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, REA-nın daimi ekspedisiyasının rəisi Vyaçeslav Rojnov pələnglərin aqibətinə aydınlıq gətirib. Belə ki, Kuzya Amuru üzüb keçərək Rusiya-Çin sərhədini aşıb. Hazırda o, vətəninə qayıdıb və qoruqda yaşayır.

Borya və İlona isə hələ də Amur vilayətində firavan yaşayırlar.

Tarix
2015.03.08 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla