Yuxarı

Liberman: “Ərəblərin başını baltayla kəsmək lazımdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liberman: “Ərəblərin başını baltayla kəsmək lazımdır”

İsrailin Xarici İşlər naziri Aviqdor Liberman yenə də qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Axar.az xəbər verir ki, lideri olduğu Evimiz İsrail Partiyasının Herzliya vilayətində təşkil edilən seçki mitinqində danışan Liberman dəhşətli fikirlər səsləndirib:

"Bizə qarşı olan ərəblərin başını baltayla kəsmək lazımdır. Yoxsa bu torpaqlarda İsrail deyə bir şey qalmayacaq. İsrailli ərəblərdən bizim yanımızda duranlar hər şeyi əldə edəcək. Fələstin bayrağı daşıyanlar buradan getsinlər. Mən onları Əbu Mazinə (Fələstin Prezidenti Mahmud Abbas - red) bağışlamağa hazıram. Bundan da böyük məmnuniyyət duyaram".

İsrail ilə Fələstin arasındakı sülh prosesinə toxunan Liberman bunun mümkün olmadığını açıqlayıb:

"Sülhün iki ölkə arasında təmin edilməsi mümkün deyil. Fələstinlilər sülh istəyirsə bu, ərəb ölkələri, İsraildəki ərəblər və fələstinlilərin ortaq olacağı regional bir sülh olmalıdır".

Bəzi Ərəb ölkələrinin İsraili deyil, İŞİD-i, Nusra Cəbhəsini, Hizbullah və HƏMAS-ı gerçək təhdid olaraq qəbul etdiyini deyən Liberman fürsətdən istifadə etməli olduqlarını gizlətməyib. Onun sözlərinə görə, İsrail daxilində ərəblərin yaşadığı şəhərlər Fələstin torpaqlarına qatılmalıdır. O, Ummul Fəhmin şəhərinin də İsrailin bir parçası olaraq qalmasının mənasız olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, İsrailin şimalında Qüdsdən 80 kilometr məsafədə yerləşən Ummul Fəhmin şəhəri İordaniyada əldə olunan razılaşmadan sonra 1949-cu ildə İsrailə verilmişdi. Şəhər əhali baxımından Nazaret və Rahtdan sonra İsraildə ərəblərin yaşadığı 3-cü ən böyük şəhərdir.

Tarix
2015.03.09 / 19:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla