Yuxarı

İran ABŞ-a nota göndərdi: Trampın bəyanatı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ-a nota göndərdi: Trampın bəyanatı...

İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi danışıb.

O bildirib ki, Prezident Donald Trampın İran hərbi gəmilərinin Fars körfəzində qanunazidd manevrlər etməsi haqqında bəyanatı absurddur və rəsmi Tehran bu kimi bəyanatlara qəti etirazını bildirir.

İranın dəniz sərhədlərini mühafizə edən hərbi katerlər xidməti vəzifələrini yerinə yetiriblər. A.Musəvi nəzərə çatdırıb ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verirlər. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol versələr, ağır cavab alacaqlar.

Qeyd edək ki, İranın hərbi katerləri ABŞ-ın Fars körfəzindəki gəmilərinə yaxınlaşıb ki, bu da Vaşinqtonda etirazla qarşılanıb. Bundan sonra Prezident Tramp Tvitter hesabında yazıb ki, İran katerlərini vurmaq əmri verib.

İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün qarşılıqlı razılıq əsasında ABŞ səfirliyinin funksiyalarını İsveçrənin Tehrandakı səfirliyi yerinə yetirir.

Tarix
2020.04.23 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla