Yuxarı

Avropa şokda: Paşinyan 1,5 milyard avro oğurladı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa şokda: Paşinyan 1,5 milyard avro oğurladı - Video

09:07

Ermənistandakı əsas korrupsionerlər 1,5 milyard avro qazanc əldə edən Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyandır.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, ötən ilin mart ayında Brüsseldə Ermənistandakı korrupsiya ilə bağlı gizli hesabat yayılıb. Korrupsiyaya qarşı mübarizə bayrağı altında hakimiyyətə gələn bu ölkənin hökuməti özünün "pulyuma sxemi"ni qurub. Bunun əsasında isə Paşinyan və həyat yoldaşının bank hesabları dayanır.

İddialara görə, cinayət təqibi və töhmət təhdidləri altında olan keçmiş məmur və oliqarxlar müxtəlif fondlara və Paşinyan-Akopyan cütlüyünün şəxsi hesablarına külli miqdarda pul köçürürlər. Erməni mediasının yaydığı məlumata görə, Davos Forumu zamanı Anna Akopyan Sürixdə olub və bu vəsaitlərin İsveçrə banklarında təhlükəsiz yerləşdirilməsinə dair sənədlərin hazırlanmasında yaxından iştirak edib.

1 mart 2019-cu il tarixinə təxminən 1,5 milyard avro Anna Akopyanın nəzarətində olan hesablara köçürülüb. Məlumata görə, pulların əsas hissəsi ofşor və aşağıda göstərilən şəxslərin şəxsi hesablarından transfer edilib:

1. Miqran Poqosyan (Ermənistan Milli Məclisinin deputatı);

2. Qagik Xaçatryan (Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri və keçmiş maliyyə naziri);

3. Samvel Aleksanyan (oliqarx, Milli Məclisin keçmiş deputatı);

4. Qagik Beqlaryan (Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri);

5. Vardan Harutyunyan (Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri);

6. Qagik Sarukyan (oliqarx, Çiçəklənən Ermənistan Partiyasının qurucusu, Milli Məclisin üzvü).

Erməni mediası qeyd edib ki, Avropa siyasi elitası, maliyyə rəhbərləri və bir sıra iri müəssisələrin rəhbərləri bu məlumatlardan şoka düşüblər.

Tarix
2020.05.12 / 12:39
Müəllif
Rəfiqə Məmmədzadə
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla