Yuxarı

İranda terror aktı: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran polisinə qarşı terror aktı həyata keçirilib.

Ans press-in məlumatına görə, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Serbaz şəhərində yola qoyulmuş minanın partlaması nəticəsində polis maşınında olan 3 polis ölüb.

İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin təhlükəsizlik rəsinin müavini Əli Əsgər Mir Şikari əyalətin Pakistan sərhədindəki Serbaz mahalında səhər saatlarında patrula çıxan polis maşının minaya düşməsi nəticəsində bir polisin də yaralandığını deyib.

Əli Əsgər qeyd edib ki, təhlükəsizlik qüvvələri bölgədə həyata keçirdiyi əməliyyatda terrorçu olduğu iddia edilən 1 nəfəri öldürüb, 4 nəfəri isə saxlayıb.

Qeyd edək ki, İranın Pakistanla sərhəd əyalətlərində oğurluq və narkotik qaçaqçılığı ilə məşğul olan çoxsaylı mütəşəkkil cinayətkar təşkilatlar var. İran rəhbərliyi Pakistanla sərhəddə baş verən terror aktlarına görə, rəsmi İslamabadı ittiham edir.

Tarix
2015.03.19 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla