Yuxarı

Rusiya bu ölkələrin ərazisini ona görə işğal edib ki... - Volker

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu ölkələrin ərazisini ona görə işğal edib ki... - Volker

NATO-nun keçmiş SSRİ ölkələri üçün qəbul qaydaları dəyişdirilməlidir ki, ərazi konfliktləri onların alyansa üzvlüyünə mane olmasın.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib. O, Rusiyanın Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin alyansa daxil olmağa izn vermək istəmədiyini, bunun üçün də onların müəyyən ərazilərini işğal etdiyini bildirib:

“Alyans üzvləri Rusiya ilə ərazi konflikti olan bəzi ölkələri öz aralarına qəbul etməyi arzulamırlar. Belə ki, beşinci maddəyə əsasən, bu, Rusiya ilə avtomatik savaş və bu əraziləri güc yoluyla geri qaytarmaq mənasına gəlir. Buna görə də bəzi ölkələrin alyansa üzvlük qaydaları dəyişməlidir. Bir sözlə, NATO və alyansa üzvü olan ölkə müqavilə imzalayır ki, beşinci maddə işğal edilmiş ərazilərə birbaşa aid olmayacaq. Biz ilk güc tətbiq edən ölkə olmayacağımızla bağlı öhdəlik götürür və bu ərazilərin yalnız sülh yoluyla reinteqrasiyası, ölkənin bütövlüyünün bərpa edilməsini dəstəkləyirik. Bu, Rusiyanı ərazilərin işğalının davamı üçün stimullardan məhrum etməlidir”.

Tarix
2020.05.23 / 09:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla