Yuxarı

Bankirin dələduz oğlundan müğənnilərə bahalı hədiyyə - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankirin dələduz oğlundan müğənnilərə bahalı hədiyyə - Şok

"Texnikabank"ın Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxar-çıxmaz köhnə adətlərinə davam etməyə başlayıb.

Axar.az xəbər verir ki, hələlik məhkumluq həyatı tam bitməsə də, hazırda Bakı küçələrində bahalı avtomobili ilə şütüyən İ.Yusifov daha bir əyləncəsini "bərpa edib". O, Azərbaycanın bir sıra tanınmış müğənnilərinə bahalı hədiyyələri göndərib.

Həmin hədiyyələri müğənnilərə çatdıran şəxs İslam Yusifovun bunu Novruz bayramı münasibətilə göndərdiyini xatırladıb.

İslam Yusifov hələ istintaq zamanı atası ilə birgə vətəndaşlardan mənimsədiyi pulların bir qismini müğənnilərə xərclədiyini etiraf etmişdi. Hətta müğənnilərdən birinə üst-üstə təxminən 7 milyon dollar bağışladığını bildirmişdi. Həmin müğənni istintaqa cəlb olunsa da, sonradan əmlakına həbs qoyulmadı və məsuliyyətdən azad edildi.

İ.Yusifov da zərərçəkmişlərə vurduğu ziyan ödənmədən azadlığa çıxmağa müəssər olub. İ.Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifova isə 8 il həbs cəzası verilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda azadlığa buraxılması qanunsuzdur.

Beləliklə, qanunsuz olaraq azadlığa çıxan şəxs ziyan vurduqlarının hesabına yenidən əyləncəli həyatını davam etdirir.

Tarix
2015.03.23 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla